Yazını böyüt
Yazını kiçilt
İstifadəçilər “Twitter” sosial şəbəkəsinə, “Google” axtarış sisteminə və “Amazon” platformasına, "TikTok" tətbiqinə daxil olmaqda problem yaşayırlar.
Hafta.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.
Bildirilir ki, istifadəçilər adıçəkilən sosial şəbəkələrdə yaranmış problemdən sonra “Telegram”a üz tutublar. Kütləvi axın fonunda “Telegram”da da zənglər əlçatmaz olub və platformanın sürəti zəifləyib.
Bundan əvvəl isə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanması ilə bağlı sosial şəbəkələr birgə açıqlama yaymışdı.
Açıqlamada deyilirdi: “İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq".